İspaniya yığmasının sabiq hücumçusu Daniel Quiza futboldan doymaq bilmir. Matc.az xəbər verir ki, 44 yaşlı forvard yeni klubu ilə anlaşıb.

"Fənərbaxça"nın keçmiş futbolçusu karyerasını İspaniyanın 3-cü liqasında davam etdirəcək. O, bu liqada çıxış edən “Rotena” klubu ilə müqaviləyə qol çəkib.

Qeyd edək ki, karyerası ərzində “Xetafe”, “Malyorka”, “Kadis” kimi komandalarda da oynayan Quiza İspaniya millisində 21 oyunda 6 qola imza atıb. O, ispanların heyətində 2008-ci ildə keçirilən Avropa çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest