04 İyul 2024, 10:55
FUTBOL
Emin Cəfərov qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya - Uels oyununun UEFA nümayəndəsi olacaq.
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov yeni təyinat alıb. Matc.az xəbər verir ki, Cəfərova UEFA tərəfindən təyinat verilib.
O, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya - Uels oyununun UEFA nümayəndəsi olacaq. B Liqasının IV qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.
Qeyd edək ki, Xorvatiya - Uels qarşılaşmasını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.