2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının final oyununun hansı stadionda baş tutacağı açıqlanıb. Matc.az xəbər verir ki, 6 il sonra reallaşacaq mundial 3 ölkənin - İspaniya, Portuqaliya və Mərakeşin birgə təşkilatçılığı ilə keçiriləcək.

Dünya çempionatı zamanı istifadə olunacaq arenaların adları rəsmi olaraq iyulun 31-də açıqlanacaq. Amma indidən finalın hansı məkanda keçiriləcəyi bilinib. DÇ-2030-un finalı Madrid “Real”ının stadionunda - "Santyaqo Bernabeu"da gerçəkləşəcək.

Qeyd edək ki, İspaniya, Portuqaliya və Mərakeş DÇ-2030-un seçmə mərhələsində iştirak etmədən mundiala birbaşa qatılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest