Bu gün Amerika Kuboku 2024-də üçüncü yer uğrunda Kanada və Uruqvay komandaları mübarizə aparıb.

Matc.az xəbər verir ki, uruqvaylılar rəqiblərini penaltilər seriyasında məğlub edərək bürünc medala sahib olublar.

Qarşılaşma Şarlottadakı “Bank of America” ​​stadionunda baş tutub. Stadionun ümumi tutumu 74 867 nəfərdir, lakin tribunalarda cəmi 24 386 azarkeş olub. Müvafiq olaraq, tribunalar cəmi 32,6% dolu olub. Bu, Amerika Kuboku 2024 üçün ən pis nəticədir.

Xatırladaq ki, Amerika Kuboku 2024-ün final matçı iyulun 15-i səhər saatlarında baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest