“Mançester Yunayted” gənc müdafiəçi Villi Kambvalanı “Vilyareal”a satıb.

Matc.az xəbər verir ki, Kambvala bu gün “Vilyareal”ın yeni oyunçusu kimi tibbi müayinədən keçib.

“Mançester Yunayted”lə geri almaq və təkrar satma şərti də daxil olmaqla 10 milyon avroya müqavilə bağlanıb.

Qeyd edək ki, Kambvala ingilis klubunun əsas komandasında keçən ilin dekabrında debüt edib. Ümumilikdə, 19 yaşlı müdafiəçinin “qırmızı şeytanlar”ın əsas komandasının heyətində 10 matçı var. “Transfermarkt” 19 yaşlı fransızı beş milyon avroya qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest