Avstraliyalı qapıçı Metyu Rayan karyerasını “Roma”da davam etdirə bilər.

Matc.az xəbər ki, artıq tərəflər ilkin razılığa gəliblər. 32 yaşlı qolkiper azad agent kimi İtaliya klubuna keçəcək.

“Roma” yay transfer pəncərəsində qapıçı mövqeyini gücləndirməyi qarşısına məqsəd qoyub. Rayanın isə “AZ Alkmar” ilə müqaviləsi iyunun sonunda başa çatıb.

Qeyd edək ki, Metyu Rayan 2023-cü ildə “AZ Alkmar”a keçib. Bu müddət ərzində qapıçı Niderland çempionatında 47 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest