ispaniyalı 17 yaş birinci günündə dünya və Avropa çempionatının finalında iştirak edən ən gənc oyunçu oldu.
İngiltərə və İspaniya komandaları Berlin Olimpiya stadionunda Avropa çempionu adı uğrunda mübarizə aparırlar.
“Barselona”nın gənc futbolçusu Lamin Yamal ilk dəqiqələrdən ispanların heyətində yer alıb. O, ötən gün 17 yaşını qeyd edib və bu gün meydana çıxaraq daha bir rekorda imza atıb.
Məsələ burasındadır ki, ispaniyalı 17 yaş birinci günündə dünya və Avropa çempionatının finalında iştirak edən ən gənc oyunçu oldu. Bundan əvvəlki rekord əfsanəvi Peleyə məxsus idi. Braziliyalı 1958-ci il dünya çempionatında 17 yaş 249-cu günündə ikən finalda çıxış edib.
Qeyd edək ki, hazırkı qitə çempionatında Yamal artıq üç məhsuldar ötürmə edib və Fransa ilə yarımfinal oyununda gözəl qol vuraraq komandasının finala yüksəlməsinə səbəb olub.