Amerika Kuboku-2024-ün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, ABŞ-da keçirilən turnirin final görüşündə Argentina və Kolumbiya üz-üzə gəlib.

Qarşılaşmanın taleyini 1 qol həll edib. Lautaro Martines 112-ci dəqiqədə vurduğu yeganə qolla Argentina millisinə Amerika Kubokunu qazandırıb. Argentinalılar bununla ardıcıl 2-ci, ümumilikdə isə 16-cı dəfə kuboka yiyələnib. Onlar Uruqvayı (15) geridə qoyaraq rekordu qırıblar.

Bununla Finalissimanın hər iki iştirakıçısı müəyyənləşib. Beləliklə, Amerika Kubokunun qalibi Argentina ilə Avropa çempionluğuna yiyələnən İspaniya ən yaxşını müəyyənləşdirmək üçün qarşılaşacaq.

Bu, Lionel Messinin də peşəkar karyerasında 45-ci kuboku olub. 37 yaşlı kapitan bununla braziliyalı Dani Alveşi geridə qoyaraq, ən çox titul qazanan futbolçu rekordunu qırıb.

Argentina millisinin digər aparıcı futbolçusu Anxel Di Mariya isə yığma karyerasını titulla başa vurub. 36 yaşlı vinger karyerasında 35-ci titulunu əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest