15 İyul 2024, 10:00
FUTBOL
Bakıda AFFA tərəfindən UEFA-nın “B” kateqoriyalı məşqçi kursu keçiriləcək. Matc.az xəbər verir ki, kurslar 4 moduldan ibarət olacaq.
Avqustun 12-dən 15-dək 1-ci modul, sentyabrın 9-dan 12-dək 2-ci modul, sentyabrın 30-dan oktyabrın 3-dək isə 3-cü modul olacaq. Noyabrın 4-dən 8-dək isə imtahan həftəsi baş tutacaq.
Kursda iştirak etmək istəyənlərin sənədləri bu gündən avqustun 5-dək qəbul olunacaq.