15 İyul 2024, 11:19
FUTBOL
“Kəpəz”in kapitanı Vurğun Hüseynov karyerasını davam etdirəcək. 36 yaşlı müdafiəçi növbəti mövsüm də Premyer Liqada çıxış edəcək.
“Kəpəz”in kapitanı Vurğun Hüseynov karyerasını davam etdirəcək. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi növbəti mövsüm də Premyer Liqada çıxış edəcək.
Çünki o, “Kəpəz”lə yeni 1 illik müqavilə bağlayıb.
Qeyd edək ki, Vurğun Hüseynov ötən ilin yayından “Kəpəz”in formasını geyinir.