Transfer çalışmalarını sürətləndirən “Neftçi” “Beşiktaş”ın futbolçusuna göz dikib. Bakı klubu İstanbul nəhənginin vingeri Ajdin Hasiçə “elçi düşüb”.
Transfer çalışmalarını sürətləndirən “Neftçi” “Beşiktaş”ın futbolçusuna göz dikib. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bakı klubu İstanbul nəhənginin vingeri Ajdin Hasiçə “elçi düşüb”.
“Neftçi” rəhbərliyi 22 yaşlı bosniya və herseqovinalını icarəyə götürmək niyyətindədir. Premyer Liqa təmsilçisi artıq qarşı tərəfə rəsmi təklif göndərib. “Beşiktaş” da bu keçidə qarşı deyil. Lakin “qara qartal” Hasiçlə müqavilə müddətini uzatdıqdan sonra onu “Neftçi”yə icarəyə vermək istəyir.
Qeyd edək ki, Ajdin Hasiç ötən mövsümü icarə əsasında “Sarayevo”nun heyətində keçirib. Onun “Beşiktaş”la sözləşməsi gələn ilin yayına qədərdi.