“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordinin yeni komandası müəyyənləşib. Matc.az xəbər verir ki, italiyalı çalışdırıcı karyerasını Albaniyada davam etdirəcək.

Belə ki, o, yüksək liqa komandası “Elbasani”nin baş məşqçisi təyin olunub.

Qeyd edək ki, Roberto Bordin 2018-2020-ci illər aralığında “Neftçi”ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest