Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin “Kocaelispor”dan ayrılması Türkiyə klubunu 490 min avroluq xərcdən xilas edib. Matc.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, ötən mövsüm 16 oyunda 1 qol vuraraq uğursuz çıxışla yadda qalan Şeydayev qalacağı təqdirdə, növbəti mövsüm üçün 450 min avro maaş alacaqdı. Ancaq bu ayrılıq həmin pulun klubda qalması ilə nəticələnib.

Üstəlik, Şeydayev klubun ötən mövsümdən qalan borcunun da 40 min avrosundan imtina edib. “Kocaelispor”un ona 80 min avro borcu qalıb.

Hazırda azad agent statusu daşıyan millimizin üzvünün karyerasını “Neftçi”də davam etdirməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest