“Neftçi”nin müdafiəçisi Mark Tamaş daha bir klubun maraq dairəsinə düşüb. Macarıstanlı oyunçu həmin ölkəyə köçə bilər.
“Neftçi”nin müdafiəçisi Mark Tamaş daha bir klubun maraq dairəsinə düşüb. Matc.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, macarıstanlı oyunçu həmin ölkəyə köçə bilər.
Çünki “Asteras Aktor” 31 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədi. Yunanlar müdafiənin mərkəzinə iki oyunçudan birini transfer etmək istəyir ki, namizədlərdən biri məhz Tamaşdı. Hazırda oyunçunun özü ilə danışıq aparılır.
“Asteras Aktor” Tamaşla müqavilənin şərtlərini razılaşdırsa, “Neftçi” ilə danışıqlara başlayacaq. Çünki müdafiəçinin bakılılarla müqavilə müddəti gələn ilin yayına qədərdi.
Qeyd edək ki, Mark Tamaş “Neftçi”yə ötən ilin yayında “Sepsi”dən keçib.