Ölkə çempionu Serbiya millisinin üzvü Lazar Milosavljeviçlə anlaşıb.

“Araz-Naxçıvan” heyətinə daha bir futzalçı qatıb. Matc.az xəbər verir ki, ölkə çempionu Serbiya millisinin üzvü Lazar Milosavljeviçlə anlaşıb.

26 yaşlı oyunçu ötən mövsüm Xorvatiya “Crnica”sında çıxış edib. Futzalçı “Araz-Naxçıvan” və baş məşqçi Vitali Borisov üçün yad sima deyil. Belə ki, o, ötən ilk UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsi zamanı icarə əsasında “qırmızı-ağlar”ın formasını geyinib. “İstanbul Şişli” ilə matçda qol vuran futzalçı “Riqa” ilə dueldə qırmızı vərəqə alaraq meydanı erkən tərk edib.

Qeyd edək ki, “Araz-Naxçıvan” buvaxtadək braziliyalı Kadinyonu transfer edib, Amadeu və Lukas Romao ilə yeni anlaşma imzalayıb. Əvəzində Miloş Todoriç, Dioqo Auqusto və Andre Juniorla yollar ayrılıb. Məhəmməd Abbasov və qapıçı Azər Fərmanov isə hərbi xidmətə yollanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest