15 İyul 2024, 15:14
FUTBOL
Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” matçından əvvəl keçiriləcək mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı açıqlanıb. Matc.az xəbər verir ki, ilk olaraq “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı baş tutacaq.
Sadıqovun jurnalistlərlə görüşü iyulun 17-də, saat 17:30-da “Liv Bona Dea Arena” reallaşacaq. Bundan 1 saat sonra isə "Şerif"in baş məşqçisi Yuri Qura mətbuat konfransı keçirəcək.
"Zirə"nin media üçün açıq məşqi saat 18:45-də "Azərsun Arena"da, "Şerif"in məşqi isə 19:00-da "Liv Bona Dea Arena"da baş tutacaq.