“Mançester Yunayted” klubunda ayrılıq yaşanıb. Matc.az xəbər verir ki, İngiltərə təmsilçisinin futbolçusu Villi Kambvala İspaniyaya köçüb.

Belə ki, 20 yaşlı müdafiəçi “Vilyarreal” ilə anlaşıb. Bu barədə məlumat La Liqa klubunun rəsmi saytı vasitəsilə yayılıb. Villi yeni komandası ilə 5 illik müqaviləyə qol çəkib.

Qeyd edək ki, Kambvala “Mançester Yunayted”in əsas komandasında 10 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest