"Marsel" klubunun futbolçusu Pyer-Emerik Obameyanq komandasını dəyişir. Matc.az xəbər verir ki, qabonlu hücumçu Səudiyyə Ərəbistanına köçür.

Belə ki, 35 yaşlı hücumçu "Əl-Qadisiya" klubu ilə anlaşıb. Tərəflər arasında tezliklə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Obameyanq 2023-cü ildən "Marsel"in formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest