Çilili hücumçu Aleksis Sançes cari mövsümün sonunda “İnter”dən ayrılıb və indi özünə azad agent statusunda yeni klub axtarır.

Matc.az xəbər verir ki, futbolçu Səudiyyə Ərəbistanı və Braziliya klublarından bir neçə təklifi rədd edib. Sançes Avropada qalaraq yüksək liqalarından birində oynamaq istəyir. Çilili ilə “Marsel” və “Lill” maraqlanır.

Sançesə Türkiyənin “Trabzanspor”, Yunanıstanın “Panatinaikos”, bir neçə MLS və Səudiyyə Ərəbistanının Peşəkar Liqa klublarından dəvət gələ bilər.

Qeyd edək ki, “Transfermarkt”da 35 yaşlı futbolçunun dəyəri 2.5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest