15 İyul 2024, 19:59
FUTBOL
Azərbaycan Premyer Liqası komandalarından “Kəpəz” və “Şamaxı” bu gün yoxlama oyunu keçirib.
Matc.az xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda bir-biri ilə üz-üzə gəlib. Oyun “Şamaxı”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Səbayıl Bağırov və Arsen Ağcabəyov fərqlənib.
Qeyd edək ki, “Kəpəz” bunadək bir yoxlama oyunu keçirib. Adil Şükürovun kollektivi “Turan Tovuz”a 0:4 hesabı ilə uduzub.
“Şamaxı” isə bunadək yoxlama oyununda qüvvəsini sınamayıb. Komanda yay toplanışında daha 3 matça çıxmağı planlaşdırır. Lakin rəqiblərin kimliyi hələlik məlum deyil.