“Arsenal”ın sol cinah müdafiəçisi Nuno Tavareş gələn mövsüm “Latsio”nun formasını geyinəcək.

Matc.az xəbər verir ki, bu barədə ingilis klubunun rəsmi saytı məlumat paylaşıb.

Bildirilir ki, Tavareş Roma klubunda icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, 24 yaşlı futbolçu “Arsenal”ın düşərgəsinə 3 il əvvəl qoşulsa da, “Marsel” və “Nottinqem Forest” klublarında icarə əsasında çıxış edərək əsas komandasında möhkəmlənə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest