Olivye Jiru Fransa yığmasındakı karyerasına son qoyub.

Matc.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.

37 yaşlı hücumçu Fransa millisində keçirdiyi 13 ilin xatirəsində dərin iz buraxdığını bildirib.

Jiru millinin heyətində 2011-ci ilin noyabrında debüt edib. O, bu müddət ərzində komandada keçirdiyi 137 oyundada 57 qol vurub, 15 ötürmə verib. Olivye AVRO-2024-ün yarımfinalında İspaniyaya qarşı sonuncu dəfə üçrəngli formanı geyinib.

Qeyd edək ki, “Milan”ı tərk edən Olivye Jiru karyerasını “Los-Anceles”də davam etdirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest