İngilis mediasının aparıcı nəşrləri Qaret Sautqeytin komandasının məğlubiyyətinin səbəblərini araşdırmağa başlayıb. Səbəblərdən biri kimi komandadakı qeyri-sağlam atmosferin olması vurğulanır.

İngiltərə yığması Avropa çempionatının finalında ardıcıl ikinci dəfə məğlubiyyətlə üzləşib.

Matc.az xəbər verir ki, bundan sonra ingilis mediasının aparıcı nəşrləri Qaret Sautqeytin komandasının məğlubiyyətinin səbəblərini araşdırmağa başlayıb. Səbəblərdən biri kimi komandadakı qeyri-sağlam atmosferin olması vurğulanır.

Bildirilir ki, İngiltərə millisinin soyunub-geyinmə otağındakı ab-havaya nə qədər qəribə olsa da, Cud Bellinqem mənfi təsir göstərib.

Belə ki, yığmanın əksər oyunçuları Bellinqem ətrafında mətbuatın və futbolçunun özünün yaratdığı obrazı bəyənmir. Turnirin əvvəlindən Bellinqemin komandanın qəhrəmanı və ulduzu kimi təqdim edilməsi digər oyunçuların xoşuna gəlməyib.

Buna görə də Bellinqemin İngiltərə yığmasında yalnız bir yaxın dostu var - Trent Aleksander-Arnold. Digər oyunçularla isə münasibəti soyuqdur.

Bellinqem Dortmund “Borussiya”sındakı son aylarında oxşar problemlər yaşayıb.

Xatırladaq ki, AVRO-2024-ün finalında Bellinqem Koul Palmerin ötürməsi ilə fərqlənib. “Real”ın yarımmüdafiəçisi çempionat ərzində iki qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest