Norveçin “Bude-Qlimt” klubunun yarımmüdafiəçisi Albert Qrönbek “Renn”ə keçib.

Matc.az xəbər verir ki, bu barədə “bretonlar”ın rəsmi saytı məlumat yayıb.

Fransa klubu 23 yaşlı danimarkalı ilə 5 illik müqavilə imzalayıb. Transferin məbləği açıqlanmır.

Qeyd edək ki, Qrönbekin bazar dəyəri 12 milyon avro qiymətləndirilir. O, “Bude-Qlimt”in heyətində 88 oyun keçirib, 30 qol vurub və 16 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest