Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq. B Liqasının I qrupunda yer alan millimiz İsveçrənin qonağı olacaq.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq. Matc.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz İsveçrənin qonağı olacaq.
Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda baş tutacaq görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Avropa çempionatının seçmə mərhələsi
B Liqası, I qrup
VI tur
16 iyul
21:00. İsveçrə (Qadınlar) - Azərbaycan (Qadınlar)
Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Zuzana Valentova
Lozanna, Olimpik De La Pontez stadionu