Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin “Neftçi”yə keçidi baş tutub. Matc.az xəbər verir ki, klubun mətbuat xidməti 28 yaşlı forvardla anlaşdıqlarını açıqlayıb.

Bildirilib ki, Şeydayevlə 3 illik müqavilə bağlanılıb. O, “ağ-qaralar”da 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ramil Şeydayev son olaraq ötən mövsüm Türkiyə klubu “Kocaelispor”da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest