16 İyul 2024, 13:14
FUTBOL
Konfrans Liqası II təsnifat mərhələsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyununa bilet satışı davam edir. İyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matça artıq 1500 bilet satılıb.
Konfrans Liqası II təsnifat mərhələsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyununa bilet satışı davam edir. Matc.az xəbər verir ki, iyulun 25-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matça artıq 1500 bilet satılıb.
Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi, 20 iyuldan etibarən isə Mehdi Hüseynzadə adına stadionun kassasından əldə etmək mümkündü.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 5, 10 və 25 manatdı.