“Çox şadam ki, Ramil bizimlədi. Bu futbolçunu çox sevirəm”. Bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun mətbuat xidmətinə açıqlamasında deyib.

“Çox şadam ki, Ramil bizimlədi. Bu futbolçunu çox sevirəm”. Matc.az xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Ukraynalı mütəxəssis Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin transferini dəyərləndirib. Onun fikrincə, bu keçid “ağ-qaralar”a əlavə güc qatacaq: “Şeydayevə hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudu. Düşünürəm ki, bu, komandamız üçün əla transferdi”.

Qeyd edək ki, Ramil Şeydayev “Neftçi” ilə 3 illik müqavilə imzalayıb. Forvard yeni komandasında 90 nömrəli formanı geyinəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest