16 İyul 2024, 14:35
FUTBOL
53 yaşlı mütəxəssisin rəhbərliyi altında ingilislər 102 oyunda 61 qələbə, 24 heç-heçə və 17 məğlubiyyətlə yadda qalıblar.
İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt postundan ayrılıb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis istefa verib.
Bu barədə məlumat İngiltərə Futbol Federasiyasının mətbuat xidməti tərəfindən yayılıb.
Sautqeyt 2016-cı ildən İngiltərə millisinin “sükanı arxası”nda idi. 53 yaşlı mütəxəssisin rəhbərliyi altında ingilislər 102 oyunda 61 qələbə, 24 heç-heçə və 17 məğlubiyyətlə yadda qalıblar.
Bu müddətdə İngiltərə millisi AVRO-2020 və AVRO-2024-ün finalına çıxsa da, hər iki həllediçi görüşdə məğlub olaraq çempionluğu əldən buraxıb.