“Sabah”ın sabiq futbolçusu Mixeil Erqemlidze özünə yeni komanda tapıb. Matc.az xəbər verir ki, o, karyerasını Kambocada davam etdirəcək.

Belə ki, 24 yaşlı yarımmüdafiəçi bu ölkənin "Kirivonq” klubu ilə anlaşıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Erqemlidze 2021-2022 mövsümündə “Sabah”da oynayıb. Bundan əlavə, Mixeil “Kəpəz”də də icarə əsasında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest