27 Avqust 2024, 14:34
FUTBOL
“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçməyə yaxındı. Matc.az xəbər verir ki, klublar transferlə bağlı artıq razılığa gəliblər.
Yalnız Portuqaliya millisinin üzvünün transfer üçün razılığını almaq qalır. Kanselo əvvəllər bunun qəti əleyhinə idisə, indi transferə meyllidi. Portuqaliyalıya mövsümdə təxminən 16 milyon avro maaşla üç illik müqavilə təklif olunub. Kanselonun “Əl-Hilal”a keçidi yaxın günlərdə açıqlana bilər.
Qeyd edək ki, Joao Kanselo ötən mövsümü icarə əsasında “Barselona”da keçirib.