Milan Şkrinyar PSJ-yə gəlişindən cəmi bir il sonra klubu tərk edə bilər. Matc.az xəbər verir ki, Luis Enrike baş məşqçi təyin olunmazdan əvvəl azad agent kimi heyətə cəlb olunmuş sabiq “İnter”li ispaniyalının planlarına daxil deyil.

Mərkəz müdafiəçisinin “Monpelye” ilə matçda heyətdə olmaması bunun təsdiqidi. PSJ Slovakiya millisinin üzvü üçün “Əl-Nəsr”lə razılaşmaya yaşıl işıq yandırmağa hazırdı. İndi qərar futbolçunun özündədi. Şkrinyarın ayrılma ehtimalını nəzərə alan PSJ “Benfika”dan 22 yaşlı Tomas Arauxonu əvəzləyici qismində görür.

Qeyd edək ki, Milan Şkrinyar PSJ-dən əvvəl 6 il “İnter”in formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest