“Mançester Yunayted”in yarımmüdafiəçisi Skott Maktominey karyerasını İtaliyada davam etdirməyə yaxındı. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu “Napoli”dən sərfəli təklif alıb.

Klublar arasında danışıqların ilkin mərhələsi müsbət yekunlaşıb. Razılığa əsasən, A seriyası təmsilçisi qarşı tərəfə 30 milyon avro ödəyəcək. Nepol təmsilçisi indi də Şitlandiya millisinin üzvü ilə müqavilənin detallarını müzakirə edir. Maktominey təklifi qəbul etsə, keçid reallaşacaq.

Qeyd edək ki, “Mançester Yunayted”in yetirməsi olan Skott Maktominey 2017-ci ildən əsas komandada çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest