“Milan”ın futbolçusu Yasin Adli ölkəsi Fransaya qayıtmaq üzrədi. Matc.az xəbər verir ki, PSJ-nin yetirməsi “Marsel”in maraq dairəsinə düşüb.

Liqa 1 təmsilçisi 24 yaşlı yarımmüdafiəçini komandadan ayrılacağı ehtimal edilən Cordan Veretə layiqli əvəzləyici qismində görür. İtaliya klubu da əsas heyətə düşə bilməyən oyunçusunun gedişinə qarşı deyil.

Qeyd edək ki, Yasin Adli 2021-ci ildən “Milan”ın formasını geyinir. O, ölkəsində PSJ və “Bordo”nun uğurları üçün çalışıb. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest