27 Avqust 2024, 19:53
FUTBOL
Türkiyənin "Antalyaspor" klubu İngiltərə təmsilçisi "Luton"dan transfer etdiyi Andros Taunsendi qeydiyyatdan keçirə bilmir.
Matc.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Superliqa təmsilçisi ilə müqavilə imzalasa da, FIFA-nın qoyduğu qadağa qüvvəyə mindiyi üçün oynaya bilmir.
Buna səbəb "Antalyaspor"un iki sabiq futbolçusuna borclu qalmasıdır. FIFA-nın qaydalarına görə, yalnız bu borclar ödənildikdən sonra Taunsendin transferi rəsmiləşə bilər. Futbolçu komanda ilə birlikdə məşqlərə qoşulsa da, rəsmi oyunlara çıxa bilmir.
Qeyd edək ki, "Antalyaspor" klubu Superliqada 3 oyundan sonra 4 xalla yeddincidir.