27 Avqust 2024, 20:31
FUTBOL
"Bayer"in mərkəz müdafiəçisi Odilon Kossunou tezliklə İtaliyanın "Atalanta" klubuna keçəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano "X" sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, klubların rəhbərliyi müdafiəçinin 5 milyon avroya icarəyə götürülməsi ilə bağlı razılığa gəlib. 23 yaşlı futbolçu müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçmək üçün artıq Berqamoya gedir.
Qeyd edək ki, müdafiəçi Belçika "Brügge"sindən Almaniya klubuna 2021-ci ilin yayında, 23 milyon avroya transfer olunub. O, bütün turnirlərdə 34 oyun keçirib və bir qol vurub. "Transfermarkt" internet portalı futbolçunun bazar dəyərini 35 milyon avro qiymətləndirir.