27 Avqust 2024, 21:49
FUTBOL
"Bayer" rəhbərliyi PSJ-dən 26 yaşlı sağ cinah müdafiəçisi Nordi Mukiele ilə müqavilə bağlamağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı insayder Fabrisio Romano "X" sosial şəbəkəsində paylaşıb.
Bildirilir ki, icarə müqaviləsinin imzalanması üzrə sövdələşmə demək olar ki, başa çatıb. Müqavilə sənədləri futbolçunun Almaniya klubunun binasında tibbi müayinədən keçdikdən sonra imzalanacaq.
"Nordi" yaxın vaxtlarda "Bayer"dən ayrılacaq Odilon Kossunanı əvəz edəcək.
Qeyd edək ki, Nordi Mukiele 2022-ci ilin yayında "Leypsiq"dən "qırmızı-göylər"ə qoşulub. Transfer məbləği təxminən 20 milyon avro olub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 10 milyon avrodur.