UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçrilir.

Matc.az xəbər verir ki, "Qalatasaray" doğma meydanda İsveçrənin "Yanq Boys" komandasını qəbul edib.

İstanbul təmsilçisi qarşılaşmanın 87-ci dəqiəsində qapısında qol görüb. Qolun ardınca isə qapıçı Muslera qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Oyunda baş qol olmayıb və görüş qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

İki oyunun nəticəsinə əsasən "Qalatasaray" Çempionlar Liqası ilə vidalaşmalı olub.

Xatırladaq ki, Türkiyə təmsilçisi pley-offun ilk matçında səfərdə "Yanq Boys"a 3:2 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları

"Qalatasaray" – "Yanq Boyz" - 0:1
İlk oyun: 2:3

"Zalzburq" – "Dinamo" (Kiyev) - 1:1
İlk oyun: 2:0

"Sparta" (Praqa) – "Malmö" - 2:0
İlk oyun: 2:0

 


 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest