28 Avqust 2024, 01:18
FUTBOL
Meksikanın "Toluka" klubun 24 yaşlı uruqvaylı cinah oyunçusu Maksi Araujo Potruqaliya "Sportinq"inə keçib.
Matc.az xəbər verir ki, bu barədə Lissabon klubunun rəsmi saytı məlumat yayıb.
Transfer məbləği 15,2 milyon avro olub. Müqavilənin şərtləri barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Araujo "Toluka"nın heyətində 64 oyun keçirib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun Uruqvay millisinin heyətində 14 oyunda 3 qol və 7 məhsuldar ötürməsi də var.