28 Avqust 2024, 02:20
FUTBOL
"Strasburq"un müdafiəçisi Frederik Gilbert "Leççe"yə keçib.
Mat.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
A Seriya təmsilçisi 29 yaşlı fransızı azad agent kimi heyətinə qatıb. Müqavilə 30 iyun 2026-cı il tarixinə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Gilbert əvvəllər "Aston Villa", "Kan" və "Bordo"da çıxış edib. Peşəkar klub səviyyəsində 294 oyun keçirib, 8 qol vurub və 19 məhsuldar ötürmə edib.