Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilən təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib. Matc.az xəbər verir ki, millimiz növbəti dəfə Belarus yığması ilə qarşılaşıb. Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb. Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.

Komandalar arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının hazırlığı ayın 31-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest