Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya ilə ev oyunun yeri bəlli olub. Matc.az xəbər verir ki, komandaların ilk dueli oktyabrın 25-də Bakıda baş tutacaq.

Həmin gün millimiz rəqibini “Liv Bona Dea Arena”da qəbul edəcək. Görüşün başlama saatı hələ açıqlanmayıb. Komandalar arasında cavab qarşılaşması oktyabrın 29-da “Vizela” stadionunda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya cütünün qalibi ikinci pley-offda Belarus - Çexiya cütünün qalibi ilə qarşılaşacaq.