Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi son oyununun biletləri satışa çıxarılıb. Matc.az xəbər verir ki, komandamız turnirə noyabrın 19-da İsveç səfəri ilə yekun vuracaq.

Solna şəhərindəki “Friends Arena”da təşkil olunacaq görüşə hələlik yalnız “Qızıl üzvlər” bilet ala bilərlər. Azarkeşlər üçün bilet satışına isə sentyabrın 3-də start veriləcək.

Qeyd edək ki, C Liqasında yer alan millimiz ilk matçını sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda məhz İsveçə qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest