28 Avqust 2024, 10:20
FUTBOL
Yarımmüdafiəçi Manor Solomon “Tottenhem”dən ayrılıb. Matc.az xəbər verir ki, İsrail millisinin üzvü yenə də İngiltərədə qalıb.
Lakin 25 yaşlı hücumameyilli oyunçu Premyer Liqa deyil, Çempionşipdə çıxış edəcək. Çünki Solomon mövsümün sonuna qədər “Lids”ə icarəyə verilib.
Qeyd edək ki, “Tottenhem” Manor Solomonu ötən il Donetsk “Şaxtyor”undan transfer edib.