UEFA “Sumqayıt”ı cərimələyib. Matc.az xəbər verir ki, buna komandanın evdə “Fehervar”a uduzduğu Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda meydana yad əşyaların atılması səbəb olub.

“Gənclik şəhəri” təmsilçisi 5250 avro cərimə olunub. Qitə futbol qurumu həmin qarşılaşmada 5 futbolçusu vərəqə alan Premyer Liqa klubuna xəbərdarlıq da edib.

Qeyd edək ki, oyun “Sumqayıt”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı. Səfərdə rəqibi ilə qolsuz bərabərə qalan təmsilçimiz turnirlə vidalaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest