28 Avqust 2024, 11:38
FUTBOL
UEFA AFFA-nı cərimələyib. Matc.az xəbər verir ki, buna səbəb qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstanla Bakıda keçirdiyi oyundakı hadisə olub.

Sözügedən görüş başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olub. Bu, milli assosiasiyanın 2500 avro cərimələnməsinə səbəb olub.
Qeyd edək ki, qarşılaşma macarların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.