“Liverpul” Federiko Kyezanın transferi üçün danışıqları intensivləşdirib. Matc.az xəbər verir ki, İngiltərə klubu bir neçə gündü “Yuventus”un vingeri üçün fəallığı artırıb.

“Mersisaydlılar” uzun müddətdi İtaliya millisinin üzvünü izləyir. Premyer Liqa klubu onun indi komandaya fayda verəcəyini düşünür. “Qoca sinyora” isə sözləşməsi mövsümün sonuna qədər olan 26 yaşlı oyunçusunu 15 milyon avroya satmağa razıdı. “Liverpul” ulduz futbolçu ilə 4 illik müqavilə imzalamağı planlaşdırır.

Qeyd edək ki, ötən mövsüm A seriyasında 33 oyunda 9 qol, 2 assistlə yadda qalan Federiko Kyeza “Barselona”nın da maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest