“Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Koman hələ də yeni klubunu müəyyənləşdirməyib. Matc.az xəbər verir ki, Fransa millisinin üzvü Premyer Liqada çıxış edə bilər.

28 yaşlı hücumameyilli oyunçu Fransa, İtaliya və Almaniyadan sonra bu dəfə də İngiltərədə oynamağa hazırlaşır. Çünki “Liverpul” hücum xəttini onunla gücləndirmək niyyətindədi. “Qırmızılar” yaxın günlərdə transferi yekunlaşdırmağa çalışır.

Qeyd edək ki, Kinqsli Komanın “Bavariya” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest