28 Avqust 2024, 13:21
FUTBOL
PSJ Kilian Mbappenin boşluğunu doldurmağa çalışır. Matc.az xəbər verir ki, Fransa çempionu “Real”a keçən ulduz futbolçunu yerinə ilk namizədini müəyyənləşdirib.
Parislilər “Napoli”nin hücumçusu Viktor Osimxeni transfer etmək niyyətindədi. Liqa 1 təmsilçisi Nigeriya millisinin üzvü üçün qarşı tərəfə 60 milyon avro təklif edib. PSJ hazırda italyanların cavabını gözləyir. Neapol klubu qolçusunun satışından daha yüksək məbləğ qazanmağı planlaşdırır.
Qeyd edək ki, 25 yaşlı oyunçu 2020-ci ildən “Napoli”də çıxış edir.