“Real”ın hücumçusu Vinisius Junior nümunəvi addıma əl atmaq istəyir. Matc.az xəbər verir ki, ulduz futbolçu ölkəsi Braziliyada məktəb açmaq niyyətindədi.

Təhsil ocağı aztəminatlı ailələrin uşaqları üçün nəzərdə tutulacaq. Təhsil müəssisəsi Vinisiusun özünün şərəfinə adlandırılacaq. Bütün xərcləri forvard öz üzərinə götürəcək.

Futbolçu öz ölkəsindəki uşaqlara bu cür kömək etmək istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest